Şikayəti olan valideynlərin nəzərinə
Xətai rayonu üzrə 95 nömrəli məktəbdə keçiriləcək səyyar qəbulda isə 17, 25, 29, 64, 95,138, 221, 261 və 287 nömrəli məktəblərin müəllim və valideynlərinin müraciətləri dinləniləcək.
Səyyar qəbullar saat 10.00 – da başlayacaq və vətəndaşların müraciəti bitənədək davam edəcək. Vətəndaşların qəbulunu həyata keçirəcək təşkilat komitəsinin üzvləri BŞTİ-nin rəhbərliyi və struktur bölmələrinin üzvlərindən ibarətdir.
Görüşlər vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətini artırmaq, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədini daşıyır.
AzVision.az
Teqlər: