İkinci dəfə intihar etmək istəyən şəxs xilas edildi- YENİLƏNİB

İkinci dəfə intihar etmək istəyən şəxs xilas edildi- YENİLƏNİB
  03 Dekabr 2014    Oxunub:2310
Bakıda bir nəfər intihar etmək məqsədilə metronun "Koroğlu" stansiyası yaxınlığındakı körpüyə qalxıb.
AzVision.az trend-ə istinadən xəbər verir ki, bu dəqiqələrdə 30-35 yaşlı kişi körpüyə qalxaraq intihar etmək istədiyini bildirir.

Hələ hadisə yerində müvafiq qurumların nümayəndələri yoxdur.

Hazırda yaxınlıqdakı insanlar həmin şəxsi intihar etmək fikrindən daşındırmağa çalışırlar.

Artıq nəqliyyatın hərətində sıxlıq müşahidə olunur.

Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, bununla bağlı çağırış daxil olub və xilasedicilər hadisə yerinə yollanıblar.

***

APA-nın məlumatına görə, körpüdən özünü atmaq istəyən şəxs Bakı sakini Zamiq İbrahimovdur.

Məlumata görə, Zamiq İbrahimovun qardaşı Ramin İbrahimov 5 ay əvvəl Zığ şosesində baş vermiş yol qəzasında həlak olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin, polis əməkdaşları və həkim briqadası cəlb olunub.

Hazırda özünü körpüdən atmaq istəyən şəxslə danışıqlar aparılır.

***

APA-nın məlumatına görə, Z. İbrahimov qardaşının ölümünə səbəb olmuş şəxslərin məsuliyyətə cəlb olunmasını tələb edir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin, polis əməkdaşları və həkim briqadası cəlb olunub.

Hazırda özünü körpüdən atmaq istəyən şəxslə danışıqlar aparılır.

Qeyd edək ki, bu Zamiq İbrahimovun intihara ikinci cəhdidir. O, noyabrın 12-dən 13-nə keçən gecə körpüyə çıxaraq intihara cəhd edib. Lakin hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları onu fikrindən daşındırıb.

***

FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşlarının intihara cəhd edən Zamiq İbrahimola apardığı danışıqlar öz nəticəsini verib. APA-nın məlumatına görə, Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan və Bakıda müvəqqəti yaşayan Zamiq İbrahimov xilas edilib və müvafiq avadanlıqların köməyi ilə körpüdən endirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.



Teqlər:  



Xəbər lenti