Generel cəbhədə hərbi hissələri yoxlayır

Generel cəbhədə hərbi hissələri yoxlayır
  03 Dekabr 2014    Oxunub:1794
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən Silahlı Qüvvələrin yeni tədris ilinə hazırlığı yoxlanılır.
Bu barədə AzVision.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilir ki, müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun rəhbərliyi ilə Baş Qərargahın zabitlərindən ibarət qrup cəbhə bölgəsində yerləşən hərbi birlik və birləşmələrdədir.

Yeni tədris ilinə hazırlıq məqsədilə keçirilən kompleks tədbirlər çərçivəsində bütün birlik, birləşmə və hərbi hissələrin döyüş qabiliyyəti, maddi-texniki-tədris bazasının vəziyyəti və digər təminat növləri, silah-sursat, hərbi texnika ilə təchizatı, şəxsi heyətin mənəvi-psixoloji durumu, nizam-intizamı və sosial şəraiti yoxlanılır.


Teqlər:



Xəbər lenti