Zibillikdən silah çıxdı

Zibillikdən silah çıxdı
  03 Dekabr 2014    Oxunub:1341
“Təmiz Şəhər” ASC-in Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda məişət tullantıları arasından silah-sursat hissələri aşkar olunub.
“Təmiz Şəhər” ASC-nin mətbuat xidmətindən AzVision.az-a daxil olan məlumatda bildirilir ki, Bakıdan toplanmış tullantıların çeşidlənməsi zamanı son 2 gündə tapılan avtomat və tapança güllələri, müxtəlif silah hissələri dekabrın 2-də polisə təhvil verilib.

“Təmiz Şəhər” ASC-in polisə təhvil veridyi silah-sursat hissələri bunlardır:
27 ədəd 5.45 çaplı patron
58 ədəd 7.62 çaplı patron
34 ədəd kiçik çaplı patron
2 ədəd avtomat darağı
1 ədəd F1 əl qumbarasının korpusu
1 ədəd optik nişangah

Qeyd edək ki, “Təmiz Şəhər” ASC-ə aid tullantıların çeşidlənməsi zavodu paytaxtdan toplanmış tullantıları kağız, şüşə, plastik, metal və s. formada ayrı-ayrı yığılır. Daha sonra onlardan xammal kimi istifadə edərək yeni məhsullar hazırlanmaq üçün müxtəlif təkrar emal müəssiəsələrinə göndərilir. İş prosesi zamanı tullantılar arasından vaxtaşırı olaraq tullantı hesab olunmayan əşyalar aşkarlandıqda aidiyyatı qurumlara təhvil verilir.


Teqlər:



Xəbər lenti