Əbülfəs Qarayevdən kadr dəyişikliyi

Əbülfəs Qarayevdən kadr dəyişikliyi
  03 Dekabr 2014    Oxunub:2147
Mədəniyyət və turizm nazirliyi sistemində olan bir sira təhsil müəssisəsində kadr dəyişikliyi edilib.
Mədəniyyət və Turizm Nazirliyinin mətuat xidmətindən AzVision .az-a verilən məlumata görə, vədii təhsilin keyfiyyətinin yüksəldilməsi, uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin inkişafının təmin edilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi, tədris prosesinin düzgün təşkil edilməsi, təhsilin məzmunca yeniləşdirilməsi, təhsil alan gənc nəslin estetik tərbiyəsi, istedadlı uşaq və gənclərin üzə çıxarılması, onların yaradıcılıq imkanlarının inkişaf etdirilməsi kimi prioritet məsələlərin həlli yollarında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ciddi addımlar atılır.

Sözügedən məktəblərin inkişafına yönəlmiş təşəbbüslərin dəstəklənməsi işinin uğurla davam etdirilməsi daha fəal və təşəbbüskar rəhbərlərin işə cəlb edilməsini zəruri edir.
Bu baxımdan Mədəniyyət və Turizm Nazirliyi sistemində fəaliyyət göstərən uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində rəhbər kadr potensialının gücləndirilməsi, yeniləşdirilməsi, onların rotasiya yolu ilə yerdəyişməsi prosesi sahəsində müvafiq islahatların aparılması işi davam edir.

Nazirliyin müvafiq əmrləri ilə Bakı şəhər Ə.Bakıxanov adına 6, S.Rüstəmov adına 13, 14, 32 nömrəli uşaq musiqi, 24 nömrəli onbirillik musiqi və V.Mustafazadə adına 2 nömrəli uşaq incəsənət məktəblərinə yeni direktorlar təyin edilib.

AzVision.az


Teqlər:



Xəbər lenti