`Atlas` klinikası bağlanmayıb - Səhiyyə Nazirliyi

`Atlas` klinikası bağlanmayıb - Səhiyyə Nazirliyi
  04 Dekabr 2014    Oxunub:2753
“Atlas Medical Center” MMC-nin fəaliyyətinin dayandırılması ilə bağlı yayılan söz-söhbət səngimək bilmir. Belə ki, Səhiyyə Nazirliyindən bildirirlər ki, hazırda klinikanın fəaliyyəti dayandırılıb. Amma xəstəxanadan isə bunun əksini söyləyirlər.
Bununla əlaqədar olaraq Səhiyyə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, klinika bağlanmayıb:

“Ginekoloji şöbənin bağlanması üçün klinikanın fəaliyyəti dayandırılıb. Oradakı qüsurlar araşdırıldıqdan sonra klinikanın bağlanıb-bağlanmaması məsələsinə baxılacaq. Klinika hazırda bağlanmayıb. Onun fəaliyyəti dayandırılıb. Yəqin bununla bağlı sənədlər klinikaya hələ çatmadığı üçün onlar elə düşünürlər”.

Hafiz Əhmədov


Teqlər:



Xəbər lenti