Meriyanın qoyduğu parkomatları DYP sökəcək
DYP rəsmisinin sözlərinə görə, bəzi yerlərdə parkomatlar təyinatı üzrə düzgün quraşdırılmadığından onların yerinin dəyişdirilməsi və yaxud ləğv olunması məsələsinə baxılıb.
“Həmin yerlərə birgə baxış keçirilib və harada sıxlıq yaradan parkomatlar varsa, qərara gəlinib orada müəyyən dəyişikliklər olsun”.
Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən paytaxt küçələrində Fransadan gətirilən 500-dən çox parkomat quraşdırılıb. Parkomatların əksəriyyəti düzgün yerlərdə quraşdırılmadığından paytaxt küçələrində avtomobillər sıxlığı yaradır.
Xüsusilə maşınların sıx hərəkət etdiyi küçələrdə, hərəkət zolağının kənarlarında, yol ayrıclarına, metro çıxışlarına və avtobus dayanacaqlarına yaxın ərazilərdə quraşdırılan parkomatlar sürücülərlə bərabər, piyadalar üçün də müəyyən çətinlik yaradır.
Anar Kəlbiyev