`Bəzi jurnalistlər bizə məlumat verirlər ki...` - Vaqif Dərgahlı
V.Dərgahlı qeyd edib ki, bu müddət ərzində media ordu ilə bağlı məlumatları daha həssas, daha təmkinli, daha ciddi qəbul edir və demək olar ki, əksər kütləvi informasiya vasitələri ordu ilə bağlı məlumatları Müdafiə Nazirliyi ilə dəqiqləşdirir:
"Biz bunu çox müsbət dəyərləndiririk. Jurnalistlərin bəziləri məlumatları yaymaq üçün bizimlə dəqiqləşdirmə aparır. Bəziləri məlumatları yaymaq üçün deyil, onları Müdafiə Nazirliyinə tədbir görülməsi üçün çatdırır. Jurnalistlərin bəziləri isə düşmən tərəfinə bizim daha tez reaksiya verməyimiz üçün Müdafiə Nazirliyini məlumatlandırır".
Eyni zamanda Vaqif Dərgahlı əlavə edib ki, bəzi elektron informasiya resursları yenə də ermənilərin "Facebook"da yaydıqları xəbərlərdən istifadə etməklə məlumatlar yayırlar ki, bu da böyük təəssüf hissi doğurur.
Nazirlik rəsmisi qeyd edib ki, Müdafiə Nazirliyi bu müddət ərzində bir sıra məlumatların yayılması sahəsində Xarici İşlər Nazirliyi, Təhsil Nazirliyi, Mətbuat Şurası ilə qarşılıqlı əlaqələr və koordinasiyalı fəaliyyətlər qurub.







Vaxtında, Aydın, Lazımlı!


