Kəmaləddin Heydərov Şahtaxtinski ilə görüşüb

Kəmaləddin Heydərov Şahtaxtinski ilə görüşüb
  05 Dekabr 2014    Oxunub:2183
Bu gün Azərbaycanın Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi Aleksis Şahtaxtinskini qəbul edib.
FHN-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, qonağa fəaliyyətində uğurlar arzulayan nazir K. Heydərov ölkədə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər barədə ətraflı məlumat verib, nazirliyin ATƏT-lə əməkdaşlığı çərçivəsində fövqəladə halların idarə edilməsi, həmçinin, ətraf mühit və təhlükəsizlik üzrə layihələrin perspektivlərindən bəhs edib.

Öz növbəsində, A. Şahtaxtinski qeyd edib ki, Azərbaycanda fəaliyyəti dövründə ATƏT-in təşəbbüsü ilə həyata keçirilən layihələr üzrə nazirliklə uğurlu əməkdaşlığın davam etdirilməsi üçün səylərini əsirgəməyəcək.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər:  



Xəbər lenti