Bakıda harada orqan köçürmək olar? - SİYAHI
NK-nın yeni qərarına əsasən, “İnsan orqan və (və ya) toxumalarının transplantasiyasının həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısı"na Respublika Talasemiya Mərkəzi daxil edilib. Bu mərkəzdə sümük iliyi əməliyyatı həyata keçirilə bilər.
Qeyd edək ki, bundan qabaq insan orqan və toxumalarının transplantasiyasının həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisələri M.M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası (böyrəklər üzrə), Mərkəzi Gömrük Hospitalı (qaraciyər, mədəaltı vəzi və onun seqmentləri, böyrəklər, gözün buynuz qişası transplantasiyası üzrə), Akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Oftalmologiya Mərkəzi (gözün buynuz qişasının transplantasiyası üzrə), Mərkəzi Neftçilər Xəstəxanası (qaraciyər, böyrəklər, mədəaltı vəzi və onların seqmentləri, mədəaltı vəzi 12 barmaq bağırsaqla birlikdə, gözün buynuz qişası transplantasiyası üzrə), Respublika Müalicəvi Diaqnostika Mərkəzi (ürək, ağciyər (ürək-ağciyər kompleksi), qaraciyər, böyrəklər, mədəaltı vəzi və seqmentləri, mədəaltı vəzi onikibarmaq bağırsaqla birlikdə, dalaq, gözün buynuz qişası) olub.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


