YAP-dan Xədicə İsmayılın həbsinə reaksiya
“Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılovanın həbsinə münasibət bildirən deputat qeyd edib ki, onun saxlamasından sonra Ermənistan tərəfi yenidən fəaliyyətə keçib:
“Leyla Yunusda olduğu kimi, Xədicə İsmayılın da müvəqqəti saxlaması zamanı Ermənistan yenə də xüsusi fəallıq göstərməyə çalışır. Bu zaman Xədicə İsmayılın Azərbaycandakı fəaliyyətində kimin maraqlı olması məsələsi orataya çıxır. Son dövrlər xaricdən müəyyən dairələr Azərbaycanın daxili işlərinə qarışmağa çalışırlar. Onlar Azərbaycanın daxilində gedən prosseslərə operativ sürətdə cavab verməyə çalışırlar. 3 Azərbaycan vətəndaşı Kəlbəcərə öz ata-baba yurdlarına gedir, biri öldürülür, ikisi üzərində məhkəmə qurulur. Amma nədənsə xaricdəki bu gün üzə çıxanlar buna münasibət bildirmirlər. Bir milyon iki yüz min qaçqınımız var, Azərbaycanın ərazi bütövlüyü pozulub amma nədənsə buna münasibət bildirmirlər. Ancaq bir nəfərin müvəqqəti saxlanması ilə bağlı böyük bir ajiortaj qaldırılır. Bu şəxs onlarda niyə belə maraq doğurur? Pozuculuq fəaliiyyətinə görə maraq doğurur. Mənbəsi məlum olmayan böyük pullara sahib olaraq Azərbaycanda böyük bir şəbəkə yaratdığına görə onun saxlanması belə bir maraq doğurur. Xaricdə Azərbaycanla bağlı yalan məlumatlar yaydığına görə də onun saxlanması xarici dairələrdə böyük maraq doğurur. Onlar Xədicə ismayılı müdafiə etməyə çalışırlar. Qanun Azərbaycanda hamı üçündür. Hərkəs bu qanunlara riyət etməlidir”
Daha sonra A. Mirzəzadə qeyd edib ki, Xədicə İsmaylın jurnalist fəaliyyəti ilə məşğul olduğuna görə ona hər hansı bir irad yoxdur:
“Azərbaycanda 20 minə yaxın jurnalist var. Gün ərzində hakimiyyətə sağdan və soldan, obyektiv və qeyri-obyektiv qiymət verən kifayət qədər mətbuat orqanları var. Amma onlara buna görə heç kəs təzyiq etmir. Xədicə İsmaylın müdafiəsinə qalxanlar onun hansı maddə ilə tutulduğunun və irəli sürülmüş ittihamların bu maddəyə uyğun gəlib-gəlmədiyi üzərində düşünməlidirlər. Ümumi sözlərlə müdafiəyəyə qalxmaq artıq müdafiənin özünün zəif olduğunu və Azərbaycanı ittiham edənlərin arqumentlərinin zəif olduğunu göstərir”.
Qeyd edək ki, “Azadlıq” radiosunun Azərbaycan bölməsinin əməkdaşı Xədicə İsmayılova dünən məhkəmənin qərarı ilə həbs olunub. Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçildi. İsmayılova Cinayət Məcəlləsinin 125-ci (öldürmə həddinə çatdırma) maddəsi ilə təqsirləndirilir.
Hafiz Əhmədov







Vaxtında, Aydın, Lazımlı!


