Vurulan rus təyyarəsinə xəbərdarlıq edilən an - VİDEO
“Türk hava sərhədlərinə yaxınlaşırsınız. Təcili olaraq istiqamətinizi dəyişin!”-deyə xəbərdarlıq edilsə də rus təyyarəsi buna məhəl qoymayıb.
Qeyd edək ki, bu gün Türkiyə qırıcıları Suriya sərhədində Rusiya təyyarəsini vurub. Bu olaydan sonra iki ölkə arasında münasibətlər kəskin pisləşib. Rusiya prezidenti Vladimir Putin Türkiyənin bu addımını “kürəkdən vurulan zərbə” adlandıraraq Ankaranın cavab verməli olacağını bildirib.
Gültəkin Ələsgər







Vaxtında, Aydın, Lazımlı!


