Daha bir ölkədə terror: 17 nəfər öldü

Daha bir ölkədə terror: 17 nəfər öldü
  29 Noyabr 2015    Oxunub:1551
Şənbə günü Kamerunun şimalında törədilən terror aktı nəticəsində azı 17 nəfər həlak olub.
AzVision.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, hadisə terrorçu-kamikadze tərəfindən törədilib. Daha bir neçə nəfərin yaralandığı bildirilir.

İnsidentin digər təfərrüatları barədə məlumat verilmir.

Partlayışa görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib. Lakin son vaxtlar Kamerunda terror aktları “Boko Haram” qruplaşması tərəfindən həyata keçirilir.

Qruplaşma bu aktları Kamerun ve Nigeriya hökumətlərinin silahlı qruplaşmaların məhvini nəzərdə tutan hərbi müdaxiləyə cavab olaraq törədir.

AzVision.az


Teqlər:  





Xəbər lenti