`Ermənistana gedəcəyimə söz vermişəm` - Roma Papası

`Ermənistana gedəcəyimə söz vermişəm` - Roma Papası
  01 Dekabr 2015    Oxunub:2291
Mən 2014-cü ildə üç erməni patriarxa Ermənistana gedəcəyimlə bağlı söz verdim və sözüm hələ də qüvvədədir.
AzVision.az xarici KİV-nə istinadən xəbər verir ki, bu barədə Roma Papası Fransisk bildirib.

Afrika səfərindən geri qayıdan Papa təəssüratlarınıbölüşüb: “Başqa qüvvələr həmişə Afrikadan istifadə edib. Əvvəlcə qulları satdılar, sonra oranın var-dövlətini taladılar. Afrika istismarın məzlumudur. Əgər insanlar dəyişməsə, bizim acından ölən övladlarımız qalacaq”.

Papa 79 yaşında Meksikaya gedəcəyini, Mariya Qvadelupa kilsəsini ziyarət edəcəyini deyib “Bundan əlavə, ötən il mən üç patriarxa söz vermişəm ki, Ermənistana gedəcəyəm. Sözüm hələ də qüvvədədir”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti