Gürcüstana gedən azərbaycanlıların sayı açıqlandı

Gürcüstana gedən azərbaycanlıların sayı açıqlandı
  03 Dekabr 2015    Oxunub:2666
2015-ci ilin əvvəlindən Gürcüstana 1,2 milyon nəfərdən çox azərbaycanlı səfər edib.
Bu barədə AzVision.az “Qruziya Online”-a istinadən xəbər verir.

Bu ilin əvvəlindən Gürcüstana ümumi səfər edənlərin sayı 5,4 milyon nəfəri ötüb. Bu da ötən il qeydə alınan analoji göstəricidən 6,9% çoxdur. 11 ay ərzində isə bu ölkəyə gələn xarici turistlərin sayı isə 2,1 milyon nəfər olub ki, bu da ötən ilə müqayisədə 2% çoxdur.

Qeyd edək ki, Azərbaycan Gürcüstana ən çox səfər edən 3-cü ölkə olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  



Xəbər lenti