Paytaxtda əməliyyat - `generallar` həbs edildi (Video)

Paytaxtda əməliyyat -  `generallar` həbs edildi (Video)
  18 Fevral 2016    Oxunub:7052
Rusiyada polislər “qanuni oğru”ların keçirdiyi ən böyük “sxodka”nın qarşısını alıb.
AzVision.az xəbər verir ki, Dzerjinski şəhərindəki restoranların birində keçirilən əməliyyat nəticəsində “kriminal generallar”da daxil olmaqla 59 nəfər saxlanılıb. Bundan başqa “sxodka”nın keçirildiyi yerdə aparılan axtarışlar zamanı külli miqdarda silah aşkar edilərək maddi sübut kimi götürülüb.

Saxlanılan şəxslərin üzərindən müsadirə edilən 15 travmatik tapança, 5 karabin, 1 tüfəng və 15 bıçaq müsadirə edilərək ekspertizaya göndərilib

Qeyd edək ki, bir müddət öncə İspaniyadan Moskvaya deportasiya edilən nüfuzlu avtoritet Zaxari Kalaşovun “qanuni oğru”nun iştirakl ilə böyük “sxodka” təşkil ediləcəyi barədə məlumat yayılmışdı. Bildirilib ki, bu toplantıda kriminal aləmdəki ən iri miqyası münaqişələrin müzakirəsi ilə yanaşı, qəbul ediləcək qərarlar xüsusi məktub şəklində bütün cəzaçəkmə müəssisələrinə göndəriləcək.



İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti