Ankaradakı terrorda azərbaycanlılar xəsarət almayıb

Ankaradakı terrorda azərbaycanlılar xəsarət almayıb
  18 Fevral 2016    Oxunub:2059
Ankarada törədilən terror aktı zamanı Azərbaycan vətəndaşları xəsarət almayıb.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

"Hazırda terror aktı zamanı xəsarət alan Azərbaycan vətəndaşları barədə heç bir məlumat yoxdur", - deyə Hacıyev qeyd edib.

Qeyd edək ki, dünən axşam Ankarada hərbi yataqxananın yaxınlığında baş vermiş partlayış nəticəsində 28 nəfər ölüb, 60-dan çoxu yaralanıb

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:



Xəbər lenti