Sabiq icra başçısı saxta pasportla tutuldu

Sabiq icra başçısı saxta pasportla tutuldu
  23 Fevral 2016    Oxunub:4375
Beynəlxalq axtarışda olan Dağıstan Respublikasının Kumtorkala rayonunun keçmiş icra başçısı Ruslan Toturbiyev Belarusun paytaxtı Minskdə saxlanılıb.
AzVision.az Rusiya KİV-ə istinadən xəbər verir ki, onun üzərində aparılan axtarış zamanı 4 dövlətin saxta pasportu aşkar edilib.

Toturbiyevin cibindən İvan Stavilonun adına Moldova pasportu, həmçinin saxta Azərbaycan pasportu tapılıb.

Qeyd edək ki, Toturbiyev 2013-cü ildən axtarışdadır.

İlkin Nəcəfzadə




Teqlər:  



Xəbər lenti