Yoxa çıxan təyyarə tapıldı - 23 ölü (Yenilənib)

Yoxa çıxan təyyarə tapıldı - 23 ölü (Yenilənib)
  24 Fevral 2016    Oxunub:4260
Nepalda itən "Tara Airlines" şirkətinə məxsus sərnişin təyyarəsinin qalıqları tapılıb.
AzVision.az TASS-a istinadən xəbər verir ki, yoxa çıxan təyyarənin bütün sərnişinləri həlak olub.

Təyyarənin göyərtəsində 20 sərnişin və 3 heyət üzvünün olduğu bildirilir. Onların arasında bir Çin və bir Küveyt vətəndaşı da var.

**

Nepal dağlarında sərnişin təyyarəsi yoxa çıxıb. Bu barədə AzVision.az "Sinxua" agentliyinə istinadən xəbər verir.

Məlumata əsasən fevralın 24-də səhər saatlarında "Tara Airlines" aviaşirkətinə məxsus təyyarə ilə əlaqə itib. Təyyarə Pokhardan Comsoma uçurmuş.

"Twin Otter" tipli təyyarənin göyərtəsində 18 sərnişin, 3 ekipaj üzvü olub. Təyyarənin pis hava şəraitində dağlarda qəzaya uğradığı ehtimal edilir.

Axtarışlara vertolyotlar cəlb olunsa da, hava şəraiti axtarış işlərini çətinləşdirir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  



Xəbər lenti