Moqerini Azərbaycana gəlir

Moqerini Azərbaycana gəlir
  24 Fevral 2016    Oxunub:1706
Avropa İttifaqının ali nümayəndəsi Federika Moqerini fevralın 29 fevral - 1 mart tarixlərində Azərbaycana gələcək.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Hikmət Hacıyev bildirib.

Rəsminin sözlərinə görə, Moqerini Azərbaycan və Aİ arasında əməkdaşlıq məsələlərini müzakirə edəcək.

H.Hacıyev vurğulayıb ki, F.Moqerininin səfər proqramına Azərbaycanın rəsmi şəxsləri, o cümlədən, xarici işlər naziri Elmar Məmmədyarovla görüşlər daxildir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:



Xəbər lenti