Di Kaprio “Oskar”la bağlı suallardan bezib

Di Kaprio “Oskar”la bağlı suallardan bezib
  26 Fevral 2016    Oxunub:2057
Leonardo Di Kaprio “Oskar”la bağlı proqnozlar barədə mütəmadi suallardan təngə gəldiyi üçün jurnalistlərə ona bu mükafatı almaq şansları ilə bağlı suallar verməyi qadağan edib.
Vesti.ru xəbər verir ki, Di Kaprio öz agenti vasitəsi ilə KİV nümayəndələrinə mükafatın təqdimetmə mərasiminədək “Oskar” barədə danışmaq istəmədiyini çatdırıb. Lakin Londonun “Odeon” kinoteatrının nümayəndələri üçün bu mövzu hələ də aktuallığını qoruyur. Onlar kinoteatrın tablosunu müvəqqəti olaraq “LEODEON” yazısı ilə əvəzləyib. Kinoteatr rəhbərliyinin kimi dəstəklədiyi şübhə doğurmasın deyə, “LEO” sözü qızıl həriflərlə yazılıb.

Di Kaprio nüfuzlu mükafata 7 dəfə namizəd olsa da, hələ onu qazana bilməyib.

Xatırladaq ki, “Oskar” mükafatının 88-ci təqdimetmə mərasimi fevralın 28-də Hollivudun “Dolby” teatrında baş tutacaq. Məşhur komediya ustası Kris Rokun aparacağı mərasım ABC telekanalının efirində canlı yayımlanacaq.

AzVision.az


Teqlər:



Xəbər lenti