ATƏT-də Xocalı faciəsindən danışıldı
Terror dövlət səviyyəsində dəstəklənərsə, o daha təhlükəli bəlaya çevrilir. Azərbaycan da belə terrorizmdən əziyyət çəkən ölkədir. Bu gün xüsusilə yaddaqalan gündür, çünki 24 il bundan əvvəl fevralın 26-da Xocalı faciəsi törədilib və 600-dən çox dinc sakin qətlə yetirilib. Ona görə də terrorizm və təhlükəsizlik haqda danışanda tarixi yada salmalı və gələcəkdə belə hadisələrin bir daha baş verməməsi üçün lazımı addımlar atmalıyıq.
Vurğulanıb ki, ATƏT-ə üzv ölkələr dövlət səviyyəsində dəstəklənən bu cür siyasətlə mübarizəni gücləndirməlidirlər ki, gələcəkdə dinc və günahsız insanların həlak olduğu terror aktları törədilməsin.(AzerTac)
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


