Medvedev söz verdi - Araq qadağan edilməyəcək
“Biz araqla müəyyən müddət mübarizə aparmışıq. Mən 1986-ci ilin 16 may fərmanını nəzərdə tuturam. Yadınızdadır? Nəticəsi məlumdur. Dükanlara uzun növbələr və ev şəraitində hazırlanan və sağlamlığa ziyan olan içkilər...
Əlbəttə ki, içkilərlə yox, vərdişlərlə mübarizə aparmaq lazımdır. Filmlərə qaldıqda isə, idmanı, normal ailə həyatını təbliğ edən ekran əsərlərinə üstünlük versək daha yaxşı olar. “Qəribə Təsadüf və ya Həmişə Təmizlikdə” filmini mən qadağa etməzdim”, - Medvedev deyib.
Eldar Tanrıverdiyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


