Həcc ziyarətində basabas olmayacaq

Həcc ziyarətində basabas olmayacaq
  01 Mart 2016    Oxunub:2405
Səudiyyə Ərəbistanının mütəxəssisləri Məkkədə Həcc ziyarəti zamanı zəvvarların hərəkətinə nəzarət etmək və bununla da mümkün basırığın qarşısını almaq məqsədi ilə intellektual sistem hazırlayıblar.
Həcc və Ümrə ziyarətləri zamanı təhlükəsizliyin təmin olunması üzrə dövlət xidmətinin nümayəndəsi polkovnik Bədr bin Səud yeni “Race” intellektual sisteminin 50 kameradan alınan məlumatlar əsasında zəvvarların hərəkətini əks etdirən interaktiv elektron platforma üzərində qurulduğunu bildirib.

Onun sözlərinə görə, bu sistem təhlükəsizlik xidmətinə zəvvarların hərəkətini nizamlamaq və bərpa işlərindən sonra 2,2 milyon insanı qəbul edəcək məscidin istənilən nöqtəsində basırıqdan yayınmaq imkanı verəcək.

Xatırladaq ki, Həcc ziyarəti zamanı tez-tez yaranan basırıq kütləvi insan tələfatına səbəb olur. Bu qəbildən ən böyük faciə 2015-ci il sentyabrın 24-də baş vermişdi. Həmin gün Məkkə yaxınlığındakı Mina dağında yaranmış basırıqda 2200-dək zəvvar həlak olmuşdu.


Teqlər:



Xəbər lenti