Azərbaycan Avropaya televizor satacaq - 180 dollara

Azərbaycan Avropaya televizor satacaq - 180 dollara
  01 Mart 2016    Oxunub:4593
Gürcüstan – Azərbaycan birgə şirkəti olan “AG Telekom” televizor istehsalına başlayır.
AzVision.az `Qruziya Online`-a istinadən xəbər verir ki, istehsal olunan ilk televizor 2016-cı ilin aprel ayında alıcılara təqdim olunacaq.

Şirkətin direktoru Mixail Qlontinin sözlərinə görə, televizorun qiyməti 180-280 ABŞ dolları arası dəyişəcək: “Gürcüstan televizorları xarici brendlərdən daha ucuz olacaq. 180 dollara 32 dyum (81 sm), 280 dollara isə 40 dyumluq (101 sm) televizor satılacaq”.

Onun sözlərinə görə, gələcəkdə televizorlar Avropa bazarlarına da çıxarıla bilər.

Gürcüstan – Azərbaycan birgə şirkəti olan “AG Telekom 2013-cü ildə Rustavi şəhərində fəaliyyətə başlayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  



Xəbər lenti