Moqerini İrəvanda Qarabağdan danışdı

Moqerini İrəvanda Qarabağdan danışdı
  02 Mart 2016    Oxunub:2508
Dağlıq Qarabağ münaqişəsinin həlli Avropa İttifaqı üçün mühüm əhəmiyyət daşıyır.
Bunu İrəvanda səfərdə olan Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini bəyan edib.

Aİ rəsmisinin sözlərinə görə, “status-kvo” saxlanıla bilməz, həmçinin münaqişənin hərbi yolla həlli qəbuledilməzdir.

Moqerini münaqişənin beynəlxalq hüquq normalarına uyğun və Madrid prinsipləri əsasında sülh yolu ilə həllinin vacibliyini diqqətə çatdırıb. O, həmçinin əlavə edib ki, dialoqu yüksək səviyyədə davam etdirmək lazımdır.

“Gərginliyin intensivliyini azaltmaq, sülh prosesinə mane olan hərbi ritorika və zorakılıqdan çəkinmək lazımdır”, - Moqerini bildirib.

AzVision.az


Teqlər:  



Xəbər lenti