Moskvada 50 illin qar rekordu - Fotolar

Moskvada 50 illin qar rekordu - Fotolar
  02 Mart 2016    Oxunub:4296
Ötən gecədən Moskvaya yağan güclü qarın hündürlüyü 50 santimetrə çatıb. Bu da öz növbəsində aylıq normanın 70 faizindən çox yağıntı deməkdir.

AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, güclü qar və çovğuna görə Moskva yollarında son bir neçə ildə ilk dəfə 10 ballıq tıxac müşahidə edilib. Bundan başqa paytaxt aeroportlarında 100 aviareys təxirə salınıb.

Hazırda paytaxt yollarının təmizlənməsi üçün 13 mindən çox texnika və canlı qüvvə cəlb edilib.

Qeyd edək ki, sonuncu dəfə 1966-cı ildə paytaxta bu miqdarda qar yağıb.

İlkin Nəcəfzadə

Qalereya




Teqlər:  



Xəbər lenti