Merkel bütün dünyaya meydan oxudu

Merkel bütün dünyaya meydan oxudu
  03 Mart 2016    Oxunub:3131
“Almaniya dünya siyasətində əhəmiyyətli rola maik olduğu üçün planetdə baş verən hadisələrə cavabdehlik daşıyır”.
AzVision.az xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel bəyan edib. Onun sözlərinə görə, rəsmi Berlin Avropa sərhədlərindən kənarda baş verən hadisələri diqqətdə saxlayacaq: “Bu isə öz növbəsində daha çox qapalı cəmiyyətdə hiss edilməyən inkişafa yardım edəcək, iqlimin qorunmasına mühüm töhvə verəcək”.

Merkel, eyni zamanda Almaniyanın Avropanın üzləşdiyi miqrant problemindən xilas olmasında vacib rola malik olduğunu diqqətə çatdırıb:

“Bu problemin həllində daha çox Türkiyə və Yunanıstan öz üzərinə böyük öhdəliklər götürməlidir. Çünki, miqrantlar bu iki ölkədən keçərək Avropaya daxil olur”.

Merkelin bu çıxışı onun dünya ölkələrinə meydan oxumaq cəhdi kimi qiymətləndirilir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  



Xəbər lenti