Qadınlar polislərə hücum etdi: 2 ölü (Video)

Qadınlar polislərə hücum etdi: 2 ölü (Video)
  03 Mart 2016    Oxunub:2813
İstanbulun Bayrampaşa bölgəsində polis məntəqəsinə silahlı hücum edilib.
AzVision.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, polisə hücum edən 3 qadın terrorçudan biri yaralanıb, iki nəfər isə hadisə yerindən qaçıb.

Hücuma məruz qalan polislər terrorçu qadınları yaxınlıqdakı binada mühasirəyə alıb. Polisin “təslim ol” çağırışına məhələ qoymayan qadınların tutulması üçün binanın qapısı partladıcı ilə qırılıb.

Bayrampaşa Çevik Polis Alayının şöbə müdirliyi bildirib ki, əməliyyat nəticəsində iki terrorçu qadın zərərsizləşdirilib. Hücumda bir polisin qolundan yaralandığı bildirilir.

Öldürülən qadınlar terrorçu İnqilabçı Xalq Qurtuluş Partiyası - Cəbhəsinin (DHKP-C) üzvləridir. Belə ki, onlardan biri 1989-cu ildə Türkiyənin Əskişəhir şəhərində anadan olmuş Çiğdəm Yahşı, o biri isə 1989-cu ildə ölkənin Malatya şəhərində doğulmuş Berna Yılmazdır. Berna Yılmaz 2013-cü ildə 19 ay azadlıqdan məhrum edilmişdi.





AzVision.az


Teqlər:  



Xəbər lenti