Lavrovun müavini Bakıya gəlir

Lavrovun müavini Bakıya gəlir
  04 Mart 2016    Oxunub:1682
Martın 4-də Bakıda Azərbaycan xarici işlər nazirliyinin rəhbərliyi ilə keçiriləcək məsləhətləşmələrdə ikitərəfli və regional məsələlərin geniş spektri müzakirə olunacaq.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Azərbaycana səfər hazırlaşan, Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin deyib.

“Azərbaycan XİN rəhbərliyi ilə görüşlərimiz planlaşdırılıb. Gündəm genişdir, ikitərəfli əlaqələr, regional və Cənub Qafqazdakı problemləri müzakirə edəcəyik. Toxunulacaq mövzular kifayət qədərdir”, - Karasin bildirib.

AzVision.az


Teqlər:



Xəbər lenti