Neft psixoloji həddi keçdi – 37,18 dollar

Neft psixoloji həddi keçdi – 37,18 dollar
  04 Mart 2016    Oxunub:3062
Martın 4-də Bakı vaxtı ilə saat 09:00-a olan məlumata görə, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 37,18 dollar olub.
AzVision.az Bloomberg-ə istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 34,81 dollar təşkil edib.

Qeyd edək ki, dünən günün əvvəlinə Brent və WTI-nin qiymətləri müvafiq olaraq 36,95 və 34,74 dollar təşkil etmişdi.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:



Xəbər lenti