Obama prezidentlikdən sonra nə iş görəcək?

Obama prezidentlikdən sonra nə iş görəcək?
  04 Mart 2016    Oxunub:3138
ABŞ prezidenti Barak Obama prezident səlahiyyətləri bitdikdən sonra balaca qızı Saşanın məktəbi bitirməsi üçün bir neçə il Vaşinqtonda qalmağı planlaşdırır.
AzVision.az `The Washington Post`-a istinadən xəbər verir ki, bu barədə Obama Miluokidə səfəri zamanı bildirib.

Prezident daha əvvəl tibbi sığorta ilə bağlı ona məktub yazan dörd qadın və kişi ilə birgə restoranlardan birində nahar edib. Onlar hava və Orta Qərb regionu haqqında danışıblar.

Qadınlardan biri Obamadan Havay adaları haqqında soruşub: “Havay adaları mənim yuvam, doğma vətənim, Çikaqo isə əsl evimdir”. Obama həyat yoldaşı Mişelin orada doğulduğunu xatırladıb.

Sakinlərdən biri Obamadan prezident səlahiyyətləri başa çatdıqdan sonra hansı işlə məşğul olacağını soruşub.

“Biz Saşanın məktəbi bitirməsi üçün hələ bir neçə ilə burada qalmağı düşünürük”-deyə Obama cavab verib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  



Xəbər lenti