SOCAR Gürcüstana ucuz qaz satacaq: 35-40 dollar

SOCAR Gürcüstana ucuz qaz satacaq: 35-40 dollar
  04 Mart 2016    Oxunub:2473
SOCAR və Gürcüstan hökuməti arasında Azərbaycandan nəql olunan qazın həcminin artırılması ilə bağlı Memorandum imzalanıb.
AzVision.az `Qruziya Online`-a istinadən xəbər verir ki, memorandomu SOCAR prezidenti Rövnəq Abdullayev və Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze imzalayıblar.

Azərbaycandan Gürcüstana əlavə olaraq hansı həcmdə qazı olunacağı hələlik məlum deyil.

Daha bir sənəd isə Gürcüstanın Neft-qaz Korporasiyasının direktoru David Tvalebeişvili və "SOCAR Gas Export-İmport" şirkətinin rəhbəri Zaur Quliyev arasında imzalanıb.

Sənədə əsasən, SOCAR Gürcüstana satdığı sosial qazın qiymətini aşağı salacaq. Bu, milli valyutanın məzənnəsinin dəyişməsindən əziyyət çəkən əhaliyə dəyən ziyanın bir qismini kompensasiya etməyə imkan verəcək.

Bundan əlavə, SOCAR Gürcüstandakı yanacaqdoldurma məntəqələrinə satdığı hər 1000 kubmetr kommersiya qazının qiymətini 35-40 dollaradək aşağı salır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  



Xəbər lenti