Türkiyədə 642 terrorçu öldürülüb

Türkiyədə 642 terrorçu öldürülüb
  07 Mart 2016    Oxunub:1382
PKK terror təşkilatının Suriya qolu “PYD”-nin dörd nümayəndəsi tutulub.
AzVision.az xəbər verir ki, onlar Suriyadan Türkiyəyə keçərkən saxlanılıb. Onlardan 10 kq "TNT" partlayıcısı və 399 qutu siqaret aşkarlanaraq götürülüb. Hadisə ilə bağlı istintaq aparılır.

Bundan başqa Türkiyə ordusunun keçirdiyi əməliyyat nəticəsində Sur vilayətində 4, İdildə isə 6 terrorçu zərərsizləşdirilib.

Bunulada hər iki bölgədə öldürülən terrorçuların sayı 642-yə çatıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  



Xəbər lenti