Putin Sarkisyanı təcili Moskvaya niyə çağırdı?
Onun sözlərinə görə, prezidentlərin görüşü zamanı Dağlıq Qqarabağla bağlı bir sıra məsələlər müzakirə ediləcək.
“Türkiyə kimi burulğanlı ölkə ilə qonşu olmaq bizim qonşulara sabitlik vermir. Lakin, deyə belə bilərəm ki, görüşdə daha isti mövzularla bağlı fikir mübadiləsi də aparılacaq”, - deyə Peskov Yaxın Şərqdəki vəziyyət, Türkiyə-Rusiya arasındakı gərginlik fonunda Dağlıq Qarabağda müharibə ehtimalının nə qədər artması barədə sualı cavablandırarkən bildirib.
Peskov qeyd edib ki, prezidentlərin görüşü zamanı siyasət, iqtisadiyyat və digər sahələr də daxil olmaqla ikitərəfli, həmçinin Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlıq məsələləri müzakirə ediləcək.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


