`Putin Obamadan güclü liderdir` – Tramp

`Putin Obamadan güclü liderdir` – Tramp
  11 Mart 2016    Oxunub:2564
ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd olan Donald Tramp bəyan edib ki, Rusiya lideri Vladimir Putin amerikalı həmkarı Barak obamadan dəfələrlə güclüdür.
AzVision.az-ın məlumatına görə, bu barədə Tramp `CNN` telekanalında debatlar zamanı bildirib.

“Hesab edirəm ki, Putin Rusiya üçün olduqca güclü liderdir. O, bizim prezidentdən xeyli güclüdür”, - deyə Tramp bildirib.

Siyasətçi, səsləndirdiyi fikirlərin Rusiya prezidentini dəstəkləməsi anlamına gəlmədiyini deyib.

Tramp, həmçinin qeyd edib ki, daha əvvəl Almaniya kansleri Angela Merkeli də güclü lider hesab edib: “Lakin onun Almaniyanın başına gətirdiyini oyunu görəndə məyus oldum. Almaniya indi fəlakətə bənzəyir”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  



Xəbər lenti