Rusiyanı hədələyən general vəzifəsindən getdi

Rusiyanı hədələyən general vəzifəsindən getdi
  12 Mart 2016    Oxunub:4497
NATO-nun Avropa komandanlığında rəhbər vəzifənin təhvil verilmə mərasimi 2016-cı ilin yazında olacaq.
NATO-nun şurası ABŞ generalı Kertis Skaparottinin alyansın Avropada birləşmiş silahlı qüvvələrinin ali baş komandanı təyin olunmasını bəyənib.

RİA Novosti xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidmətindən məlumat verilib.

Məlumata əsasən, general Skaparotti onun təsdiq olunma prosesi ABŞ-da başa çatandan sonra vəzifəsinin icrasına başlayacaq və NATO-nun Avropada BSQ-nin baş komandanı general Filip Bridlavı əvəz edəcək.

Qeyd olunur ki, hazırda general Skaparotti ABŞ silahlı qüvvələrinin Cənubi Koreyada komandiridir.

Avropada NATO BSQ-nin komandanlığının Bridlavdan Skaparottiyə verilməsi mərasimi 2016-cı ilin yazında olacaq.

AzVision.az


Teqlər:



Xəbər lenti