Saakaşviliyə istefa tələbi - Odessada xalq etirazı

Saakaşviliyə istefa tələbi - Odessada xalq etirazı
  12 Mart 2016    Oxunub:3999
Ukraynanın Odessa şəhərinin sakinləri qubernator Mixail Saakaşvilinin istefa tələbi ilə etiraz aksiyası keçirib.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Martın 11-də üzərində Saakaşvilinin karikaturası əks olunan mikroavtobus şəhər ərazisində hərəkət edərək sakinləri aksiyaya qoşulmağa çağırıb.

“Tbilisidən qovublar, Odessadan da qovarıq”, - deyə mikroavtobusun üzərinə şüarlar yazılıb.

Aksiya iştirakçıları rus dilində çıxış edərək şəhər sakinlərini Saakaşvilinin istefa verməsi ilə bağlı petisiyanı imzalamağa səsləyib.

“Saakaşvili gömrükdə qaçaqmalçılığa hamilik edir. Şəhərin böyük sahibkarlarından 20 milyon qriven rüşvət istəyir. Ukraynada dövlət çevrilişi etmək üçün Odessaya gürcü bandasını toplayır. Odessalılar! Qanuni-oğru Saakaşvilinin istefası ilə bağlı petisiyanı imzalayın”, - deyə bildirilib.

Saakaşviliyə qarşı kampaniyaya Ukrayna parlamentinin deputatı Dmitri Qolubov rəhbərlik edir.

Qeyd edək ki, yanvarın 13-də Odessa Vilayət Prokurorluğu dövlət əmlakını mənimsəmə şübhəsi ilə Saakaşvilinin administrasiyasında axtarış aparıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  



Xəbər lenti