Putinin neft planı baş tutmadı

Putinin neft planı baş tutmadı
  14 Mart 2016    Oxunub:2889
Neft hasil edən ölkələrin növbəti görüşü böyük ehtimalla bu ilin aprelində baş tuta bilər.
AzVision.az `RBK`ya istinadən xəbər verir ki, görüş Rusiya və Qatarın paytaxtı Dohada baş tuta bilər.

Məlumatda vurğulanır ki, İran hələ neft hasilatının dondurulması barədə razılaşmaya qoşulmaq barədə razılıq verməyib. İran hasilatı gündə 4 milyon barel neft səviyyəsində dondurmağa hazırdir. Rəsmi Tehran məhz Qərb tərəfindən sanksiyalar tətbiq edilənə qədər bu həcmdə neft hasil edib.

Qeyd edək ki, bu görüşün təxirə salınması neft qiymətlərinin aşağı düşməsi ilə nəticələnib. Brent markalı neftin dəyəri 2,4% aşağı düşərək bir barel üçün 29,4 dollar olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:



Xəbər lenti