Ermənistan ordusunda daha bir itki
Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti əsgərin Noemberyan dayaq məntəqələrindən birində güllə yarası alması nəticəsində öldüyünü bildirib.
Meyitə baxış zamanı məlum olub ki, əsgər başından yaralanıb. İlkin ehtimala əsasən əsgər intihar edib. Faktla bağlı cinayət işi açılıb. Hadisənin səbəblərinin araşdırıldığı bildirilir.
Eldar Tanrıverdiyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


