İŞİD-in `müdafiə naziri` öldü
Bildirilib ki, Əş-Şişani ABŞ-ın ötən həftə endirdiyi hava zərbəsi nəticəsində ağır yaralanıb.
Nəticədə o, bir neçə gün koma vəziyyətində olub. Həkimlərin müdaxiləsinə baxmayaraq, həyatını xilas etmək olmayıb.
Suriya İnsan Haqları təşkilatının direktoru Rami Abdulrahman deyib ki, ağır yaralanan Əbu Umar Əş-Şişani nəfəs ala bilmədiyi üçün bir neçə gün süni nəfəs aparatına qoşulub: “ Lakin kliniki ölüm keçirdikdən sonra o, keçinib”.
İlkin Nəcəfzadə
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


