Türkiyədə 45 PKK üzvü öldürülüb
Baş Qərargah İraqın şimalında 18 hədəfin məhv edildiyini açıqlayıb. Müəyyən edilən hədəflərə 30 atəş zərbəsi endirilib.
Bundan əlavə Türkiyə Silahlı Qüvvələrinin və hüquq-mühafizə orqanlarının bölmələri ölkənin şərqində, Şırnakda PKK terror qruplaşmasına qarşı birgə əməliyyata başlayıb.
Əməliyyata martın 4-də PKK yaraqlıları ilə döyüş zamanı baş çavuş Musa Yılmazı xilas etməyə çalışarkən şəhid olan leytenant Mehmet Çiftçinin adı verilib.
Digər bir əməliyyat isə Diyarbəkirin Bağlar yaşayış məntəqəsində həyata keçirilir.
Qeyd edək ki, bir neçə gün öncə bölgədə aparılan hərbi əməliyyatlar zamanı 67 PKK üzvü məhv edilmişdi.
İlkin Nəcəfzadə
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


