`Bomj` bir gündə 100 min dollar qazandı - SƏBƏB

`Bomj` bir gündə 100 min dollar qazandı - SƏBƏB
  16 Mart 2016    Oxunub:12079
ABŞ-ın Kaliforniya ştatının Orinc dairəsinin rəhbərliyi iki cinayətkarın tutulmasına dair məlumat verdiyi üçün San-Fransiskodan olan “bomj”a 100 min dollar mükafat verəcək.
Bu barədə AzVision.az `BBC`yə istinadən xəbər verir.

Metyu Hey-Çapmen xəbərlərdə göstərilən ağ rəng yük maşının görüb və bu barədə polisi məlumatlandırıb.

Qeyd edək ki, üç cinayətkar yanvarın 22-də Orinc dairəsinin mərkəzi həbsxanasından qaçıb. Onlardan biri bir həftə sonra polisə təslim olub, digər iki nəfərin yerini isə “bomj” deyib.

Daha 50 min dollar mükafatı isə cinayətkarlar barədə məlumat verən yük maşının sahibi və super market işçiləri öz aralarında bölüşəcəklər.

Cinayətkarların bir həftə girov saxladığı taksi sürücüsü isə heç nə qazanmayacaq.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  



Xəbər lenti