Moqerini əfv sərəncamını yüksək qiymətləndirdi
Bu barədə Avropa İttifaqının mətbuat xidmətinin məlumat verilib.
Moqerininin bəyanatında bildirilib: "Bu gün Azərbaycan prezidenti Novruz bayramı münasibəti ilə aralarında siyasi partiya və QHT nümayəndələri, həmçinin jurnalistlərin olduğu 148 nəfəri əfv edib. Bu müsbət addımdır, bu məsələ mənim fevralın 29-da Azərbaycana səfərim zamanı müzakirə olunub.
Ümid edirəm ki, gələcəkdə də bu istiqamətdə addımlar atılacaq. Müstəqil və rəngarəng vətəndaş cəmiyyəti ölkənin rifahı və onun stabilliyi üçün mühüm töhfədir".
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


