Türkiyədə PKK ilə atışma: 8 ölü, 24 yaralı

Türkiyədə PKK ilə atışma: 8 ölü, 24 yaralı
  25 Mart 2016    Oxunub:2722
Türkiyənin cənub-şərqində Diyarbəkir vilayətində PKK terror təşkilatının üzvləri ilə atışmada Türkiyə Silahlı Qüvvələrinin (TSQ) 8 hərbçisi həlak olub, 24 nəfər yaralanıb.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Sabah" qəzeti yazıb.

Atışmadan sonra vilayətdə PKK-ya qarşı genişmiqyası antiterror əməliyyatı başlanıb.

Xatırladaq ki, son aylar Türkiyənin cənub-şərqində PKK-nın hərbi hissə və polis məntəqələrinə hücumların sayı artıb.

2015-ci ildə PKK ilə toqquşmalar nəticəsində Türkiyədə 200-dən artıq hərbçi həlak olub.


Teqlər:  





Xəbər lenti