Putin Obama və Ledi Qaqaya uduzdu - Liderlərin reytinqi
Onun əsas rəqibi Hilari Klinton isə cəmi 1% səs toplaya bilib.
Aprelin 14-də açıqlanan siyahıda ikinci yerdə 2,9% səslə Cənubi Koreyanın `Big Bang` qrupu, 3-cü yerdə isə 2,2% səslə Birma və myanmalı siyasəti, Nobel sülh mükafatı laureatı Aun San Su Çji qərarlaşıb.
ABŞ-ın hazırki prezidenti Barak Obama 2% səslə dördüncü olub. Beşinci pillədə isə pakistanlı hüquq müdafiəçisi və Nobel sülh mükafatı laureatı Malala Yusifzaidir. (1,9%)
İlk 10-luqda olan şəxslər siyahısında amerikalı müğənnilər Ledi Qaqa və Teylor Svift, ABŞ-ın birinci xanımı Mişel Obama, Roma Papası Fransisk, həmçinin Leonardo DiKaprio da var.
Maraqlıdır ki, Rusiya prezidenti Vladimir Putinin reytinqi ABŞ prezidenti Barak Obamadan və prezidentliyə namizədlərdən xeyli aşağı olub.
Qeyd edək ki, bir il əvvəl açıqlanan siyahıya Rusiya prezidenti Vladimir Putin başçılıq edib.
Edar Tanrıverdiyev
AzVision.az