`Biz Qarabağda sülhün tərəfdarıyıq` - Sergey Lebedev

`Biz Qarabağda sülhün tərəfdarıyıq` - Sergey Lebedev
  19 Aprel 2016    Oxunub:2508
MDB ölkələri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin və regionda hərbi əməliyyatların bərpa ediməsinə yol verilməməsinin tərəfdarlarıdır.
AzVision.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu MDB-nin İcraiyyə Komitəsinin sədri Sergey Lebedev deyib.

Onun sözlərinə görə, MDB-də Dağlıq Qarabağ bölgəsində gərginliyin aradan qaldırılmasına və Ermənistanla Azərbaycanın hamını narahat edən problemin həllinə sülh yolu ilə nail olmaq üçün dinc dialoqa başlamaqla bağlı kompromisə gedəcəyinə səmimi qəlbdən inanırlar:

`MDB ölkələri ilə ATƏT-in Minsk qrupunun kollektiv səyləri Dağlıq Qarabağ probleminin müsbət həllinə gətirib çıxaracağına ümid edirəm. Biz Cənubi Qafqazda sülh və firavanlıq olmasını səmimi qəlbdən arzulayırıq`.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti