`Qarabağda Rusiya bayrağı dalğalanmasa...` - Jirinovski

`Qarabağda Rusiya bayrağı dalğalanmasa...`  - Jirinovski
  01 May 2016    Oxunub:6826
Rusiya Liberal Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski Moskvada keçirilən 1 May mitinqində növbəti dəfə Ermənistan- Azərbaycan münaqişəsinə və Qarabağda aprelin əvvəlindəki dörd günlük müharibə mövzusuna toxunub.
AzVision.az-ın virtualaz.org-a istinadən verdiyi xəbərə görə, Jirinovski bildirib ki, Qarabağda hərbi əməliyyatlar hələ qurtarmayıb, o davam edir və bundan sonra da davam edəcək”.

RLDP liderinin fikrincə, münaqişənin həllinin yeganə yolu Rusiyanın regionda təmsil olunması və Rusiya bayrağının Qarabağda ucaldılmasıdır: “Nə qədər ki, Qafqaz və Zaqafqaziya üzərində Rusiya bayrağı dalğalanmır, orada heç vaxt sülh olmayacaq”.

AzVision.az


Teqlər:  





Xəbər lenti