`Cəbhədə istənilən hadisə baş verə bilər` - Ohanyan

`Cəbhədə istənilən hadisə baş verə bilər` - Ohanyan
  05 May 2016    Oxunub:3754
“Cəbhə xəttində vəziyyət gərgindir və istənilən vaxt istənilən hadisə baş verə bilər”
AzVision.az News.am-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlmasında Ermənistanın müdafiə naziri Seyran Ohanyan deyib.

"Biz müvafiq analizlər aparırıq, qarşı tərəfin gücünə dair nəticələr çıxardılır. Onun mümkün hərəkətlərinin xarakteri və başqa məsələlər haqqında araşdırma aparılır ", - deyə Ohanyan bildirib.

S.Ohanyan Rusiyanın Ermənistana silah tədarükü ilə bağlı qeyd edib ki, hərbi-texniki əməkdaşlığın sürətlənməsi üzrə işlər aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti