Türkiyədə daha bir terror: 3 ölü, 45 yaralı (Yenilənib)

Türkiyədə daha bir terror: 3 ölü, 45 yaralı (Yenilənib)
  11 May 2016    Oxunub:2041
Türkiyədə yenidən terror aktı baş verib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Diyarbəkir vilayətində partlayıcı yüklənmiş avtomobillin partladılması nəticəsində 3 nəfər ölüb, 22 nəfər yaralanıb.

Ölən və yaralıların polis əməkdaşları olduğu bildirilir.

Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər. Hadisənin PKK terror təşkilatı tərəfindən törədilyini ehtimal edilir.

***

Diyarbəkirin mərkəzi rayonunda minalanmış avtomobilin yaxınlıqdan polis avtobusu keçərkən partlaması nəticəsində 3 nəfər ölüb, 45 nəfər (12-si polis əməkdaşı) yaralanıb.

Məlumata görə, bir neçə polis və yerli sakinin vəziyyəti ağır qiymətləndirilir.

Saxlanılmış avtobusun PKK üzvlərini apardığı bildirilir.

AzVision.az



Teqlər:  





Xəbər lenti